İmtahana hazırlaşan şagird və tələbələr üçün

PDF-ini at, şəklini çək —
quizin hazırdır.

Test kitabından səhifə, müəllimin PDF-i, mühazirə və ya konspekt — suallar özü quiz olur. Özün həll et və ya bütün qrupa göndər.

  • İlk 50 sual hədiyyə
  • Limitsiz həll
  • Kim neçə bal topladı — görürsən

Sualları göndər

Test PDF-i, konspekt və ya dərslik: sual varsa götürülür, yoxdursa mövzudan yaradılır.

Üç addım. Vəssalam.

Proqram yükləmək lazım deyil, telefondan da işləyir. Linki alan heç yerdə qeydiyyatdan keçmir — sadəcə adını yazır.

1

Sualları göndər

Test PDF-i, şəkli və ya sadəcə mövzu (konspekt, dərslik). Test yoxdursa, süni intellekt mövzudan özü sual yaradır.

2

Quizini qur

Neçə sual, nə qədər vaxt, məşq yoxsa imtahan, kim həll edəcək — sən seçirsən.

3

Göndər, nəticələri gör

Linki uşaqlara, sinfə və ya qrupa at. Kim neçə bal topladı, hansı sualda səhv etdi — «Hesabım»-da görürsən.

1 sual = 1 Polen. 100 sual — 3.99 ₼.

Quizin linki Polenlə açılır. Hər quiz limitsizdir — fərq yalnız kimin həll etdiyindədir. Hesab açana 50 Polen hədiyyə.

PDF necə olmalıdır?

Sadə qayda: sual nömrə ilə, variantlar hərflə, düzgün cavab isə hardasa yazılıb.

1. Azərbaycanın paytaxtı hansı şəhərdir?
A) Gəncə
B) Bakı
C) Şəki
D) Lənkəran
Cavab: B
2. 7 × 8 neçədir?
A) 54   B) 56   C) 58   D) 64
Cavab: B
  • 1Cavab hər sualın altındaCavab: B və ya Düzgün cavab: B
  • 2Ya da sonda cavab açarıCavablar: 1-B 2-C 3-A — cədvəl şəklində də olar
  • 3Ya da düzgün variant işarəli*B) Bakı və ya B) Bakı *

Skan (şəkil) PDF oxunmur. Word-da yazıb «PDF kimi saxla» etdiyin fayl idealdır. Variantlar yan-yana (A) 5 B) 6) olsa da olar.

Nümunə PDF-i yüklə

Nəticələrim

Bu telefonda / kompüterdə həll etdiyin son quizlər.